Yüklənir...
☀️

--°C

Biznes Mərkəzi

“Biznes Mərkəzi Klubu” üzvləri

Qanun Mühasibatlıq Xidmətləri

Qanun Mühasibatlıq Xidmətləri olaraq 15 ilə yaxındır ki, mühasibat, audit, vergi, kadr  idarəçiliyi və hüquqi xidmətlər sahəsində etibarlı və peşəkar dəstək göstərir. Biznesinizin mühasibat və maliyyə məsələlərini Qanun Mühasibatlığa həvalə edərək səmərəli idarəetmə və davamlı inkişaf əldə edə bilərsiniz.

Qanun – güvənə əsaslanan peşəkarlıq!

 

Panda boya

Muradlı İnşaat mağazaları ilə inşaat mallarının topdan satışı sahəsində fəaliyyətə başlayan şirkət, sonrakı illərdə yeni bir mərhələyə qədəm qoyaraq Panda Boyaları brendini yaratmışdır. Bu gün Panda Boya, keyfiyyəti və innovativ yanaşması ilə dünya brendləri arasında öz layiqli yerini tutur. Hər rəngin bir anlamı olduğu kimi, hər müştəri və əməkdaş da Panda üçün xüsusi dəyərə malikdir. “Made in Azerbaijan” brendi altında xarici bazarda yüksəlmək və həyatınıza rəng qatmaq bizim üçün ən böyük qürurdur! Panda Boya – Rənglərimizlə Həyata Parıltı Qatırıq!

 

Rəmzi-S MMC

Sobsan Boya –1999-cu ildə Qafqazın və Müstəqil Azərbaycanın ilk yerli boya markası kimi fəaliyyətə başlayan Sobsan Boya, yüksək keyfiyyət və geniş məhsul seçimi ilə sektorun güvənilən brendinə çevrilmişdir.

Bu illər ərzində əldə olunan təcrübə sayəsində su əsaslı daxili və fasad boyaları, astar boyalar, dekorativ boyalar, lak-yapışdırıcılar, sənaye və gəmi boyaları, mebel boyaları, təmir-inşaat alətləri və ekoloji cəhətdən sağlam məhsullar istehsal olunur. Məhsullar ISO 9001:2015, ISO 45001:2018 standartlarına uyğun istehsal edilir və Norveçin məşhur IMO sertifikatına layiq görülmüşdür

 

Flyblast Travel Agency

Flyblast Travel MMC, artıq 10 ilə yaxındır ki, səyahət agentliyi kimi fəaliyyət göstərir. İlk ofisi Sumqayıt şəhərində fəaliyyətə başlayan şirkət, hazırda Bakı filialı da daxil olmaqla geniş xidmət sahəsinə malikdir. Dünyanın aparıcı rezervasiya sistemləri və şirkətləri ilə əməkdaşlıq edərək, xidmət sahəsini daim genişləndirməkdədir.

 

Aran Tikinti İnşaat Şirkəti

2024-cü ildə bir sıra mühüm layihələri uğurla həyata keçirən Aran Tikinti İnşaat – Qarabağda (Xocalı, Əsgəran Xankəndi) yolunun tikintisində aktiv şəkildə iştirak edirik .

Respublikamızda həyata keçirilən online Azərbaycan layihəsi çərçivəsində rayon və kəndlərimizin yüksək sürətli GPON internet şəbəkəsinə qoşulma üçün tikinti işlərini həyata keçirən Aran Tikinti Inşaat Şirkəti  əlava olaraq Azad iqtisadi Zona ərazisində qazıntı, dolğu,su xəttlərinin çəkilməsi layihələrini uğurla tamamlayıb. Cop 29 layihəsi çərçivəsində Bakı və ətraf rayonlarda abadlaşdırma işlərini sürətli və keyfiyyətli formada həyata keçirib

Aran Tikinti İnşaat – Gələcəyin Tikintisi!

 

QSA MMC sirkəti

Keyfiyyət idarəetmə sistemləri sahəsində  xidmətləri mövcuddur. Müəssisənin beynelxalq standartlarda sistemini qurmaq, ISO sertifikatları (ISO9001,ISO45001,ISO14001 və s.) təlim və audit kimi xidmətləri göstərir. Bu sertifikatlar Sizə tenderlərdə, ixracatda və bazara girişlərinizdə köməklik göstərir.

 

“City Park Mall”

Bakı Ağ Şəhərdə, Süleyman Vəzirov küçəsi ilə Babək prospektinin kəsişməsində yerləşən “City Park Mall” qonaqlarına rahat alış-veriş imkanı yaradır.Şəhərin yeni cazibə mərkəzi “City Park Mall”da uşaqdan böyüyə hər kəsin zövqünü oxşayacaq brend mağazalar, geniş uşaq əyləncə mərkəzi, boulinq və bilyard otağı, komputer oyunları zonası, supermarket, tanınmış kafe və restoranlar, açıq terraslar, həmçinin iki mərtəbədən ibarət, 3  saat ödənişsiz olan parkinq mövcuddur.

 

Mister wood

Mister Wood inşaat və interyer dizayn sahəsində keyfiyyət və estetikaya xüsusi önəm verir. Şirkətimiz yalnız parket və döşəmə istehsalı ilə kifayətlənmir, eyni zamanda yerli istehsalatın inkişafına dəstək göstərir. Məhsullarımız beynəlxalq standartlara uyğun olaraq yüksək texnologiyalarla hazırlanır.

Keyfiyyətə sadiqliyimiz və müasir yanaşmamız sayəsində müştərilərimizin etimadını qazanmışıq. Mister Wood olaraq məqsədimiz həm yerli, həm də qlobal bazarda davamlı və etibarlı brend olmaqdır.

 

Meqa Sığorta ASC

2010-cu ildə təsis edilmiş "Meqa Sığorta" ASC, peşəkar yanaşma, yüksək etibarlılıq, xidmətlərin keyfiyyəti, fərdi və korporativ müştərilərə təklif olunan geniş çeşidli sığorta məhsulları, həmçinin, qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi nəticəsində Azərbaycan sığorta bazarının liderlərindən biridir.

 

Hanoğlu Baklava & Lokum

2021-ci ildən etibarən Hanoğlu Baklava & Lokum, ənənəvi Türk şirniyyatlarını orijinal dadında təqdim edir. Bütün çeşidlərimizdə təbii kərə yağı istifadə olunur.

Baklavalarımız və şirniyyatlarımız birbaşa Antep fıstığından hazırlanır. ???? Ənənəvi dad və keyfiyyəti hiss etmək üçün Hanoğlu Baklava & Lokum-a baş çəkin!

 

Hazel

“Hazel”, 1964-cü ildə qurulmuş Balakən konserv zavodun nəzdində olan “Balakan foods”un təməlində təsis olunmuş markadır. Yüksək keyfiyyətli, əvəzolunmaz dada malik olan Belçika şokoladlarından istifadə edərək çox çeşidli şokolad məmulatlarını, təbii üsulla qurudulmuş meyvələr və çərəzləri, həmçinin hər zövqə uyğun qəhvə və çay çeşidlərini müştərilərimizə təqdim edirik.