"Biznes Mərkəzi Klubu"nun açılış tədbiri

May 05, 2024

Mərasimdə 150-dən çox sahibkar, dövlət nümayəndələri, Avropa və Türkiyədən gəlmiş qonaqlar iştirak ediblər.

Təqdimat mərasimində “Biznes Mərkəzi Klubu”nun sədri Rüfət Nadirli çıxış edərək klubun fəaliyyət istiqamətləri, məqsəd və məramları, həmçinin əməkdaşlıq imkanları barədə geniş məlumat verib.

Tədbirdə çıxış edən millət vəkili Ceyhun Məmmədov və KOBSKA İdarə Heyətinin sədri Nigar Ələsgərova biznes klublarının əhəmiyyətindən və onların inkişafının gələcək sahibkarlıq mühitinə birbaşa təsirindən bəhs ediblər.

Açılış mərasimində atib.az və musiadazerbaycan təşkilatlarının nümayəndələri, şirkət rəhbərlərinin çıxışları da baş tutub, klubun fəaliyyətinə uğurlar arzu ediblər.

Tədbirin bədii hissəsində bir sıra tanınmış müğənnilərin ifaları səslənib və maraqlı bir yarışma keçirilərək qaliblərə “Biznes Mərkəzi Klubu” və sponsorlar tərəfindən hədiyyələr təqdim olunub

Menu